...

"CNN" telekanalı Şəki haqqında reportaj hazırlayıb

Mədəniyyət Materials 19 Dekabr 2012 17:58 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın nüfuzlu "CNN" telekanalı arasında əməkdaşlıq çərçivəsində telekanal tərəfindən Azərbaycanın qədim guşələrindən biri olan Şəki haqqında reportaj hazırlanıb.
"CNN" telekanalı Şəki haqqında reportaj hazırlayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın nüfuzlu "CNN" telekanalı arasında əməkdaşlıq çərçivəsində telekanal tərəfindən Azərbaycanın qədim guşələrindən biri olan Şəki haqqında reportaj hazırlanıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, reportajda qədim İpək Yolunun üzərində yerləşən Şəkinin geniş turizm potensialı, zəngin tarix və mədəniyyət abidələri, əl sənətkarlığı nümunələri, təbii sərvətləri haqqında məlumat verilir və keçmiş dövrlərdən etibarən mühüm ticarət mərkəzlərindən biri olduğu bildirilir.

Bununla yanaşı, televiziya materialında Şəkinin sovet dönənimdə bölgənin əsas ipək istehsalçılarından biri olduğu və hazırda da regionda ipək istehsalının müasir üsullarla davam etdirildiyi qeyd olunur.

Şəkidə yaşayan əhalinin timsalında qonaqpərvərliyin və xüsusi yumor hissinin olduğu vurğulanır.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "CNN" telekanalı ilə 2006-cı ildən etibarən əməkdaşlıq edir və telekanalda Azərbaycanın turizm potensialına dair müxtəlif növ reklam çarxları yayımlanır, bir sıra silsilə verilişlər efirə verilir.

Reportajı aşağıdakı linkdən izləmək mümkündür:

http://business.blogs.cnn.com/2012/12/12/azerbaijans-rich-trading-history/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti