...

Azərbaycanda səhnə geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edilib

Mədəniyyət Materials 28 Yanvar 2013 18:54 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edir.
Azərbaycanda səhnə geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda, müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır. Eskizlər A3 formatında, 3 müxtəlif komplektdə (hər komplektdə 3 kişi, 3 qadın geyimi) təqdim olunmalıdır.

Geyim eskizləri 2013-cü il mart ayının 1-dən gec olmayaraq Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 40, AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 305-ci otaq, telefon: 012 493-93-85 ) təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunmuş geyim eskizlərinə nazirlik tərəfindən təsdiq olunmuş, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən 2013-cü il mart ayının 5-də baxış keçiriləcək.

Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəlliflərinə aşağıdakı pul mükafatları veriləcək:

1-ci mükafat - 1 yer - 1000 manat
2-ci mükafat - 1 yer - 800 manat
3-cü mükafat - 1 yer- 600 manat
həvəsləndirici mükafat - 3 yer - 200 manat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti