...

Azərbaycan bədii filmləri Macarıstan İctimai Televiziyasında nümayiş etdiriləcək

Mədəniyyət Materials 15 Fevral 2013 13:48 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanın İctimai Televiziyasının - Duna TV-nin baş direktoru Menhert Dobos və Beynəlxalq əlaqələr departamentinin rəhbəri xanım Ester Kantor ilə görüşüb.
Azərbaycan bədii filmləri Macarıstan İctimai Televiziyasında nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanın İctimai Televiziyasının - Duna TV-nin baş direktoru Menhert Dobos və Beynəlxalq əlaqələr departamentinin rəhbəri xanım Ester Kantor ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstanın elektron KİV-lərində iki ölkə xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyat və incəsənəti, mətbəxi, ortaq mənəvi dəyərləri barəsində silsilə proqramların hazırlanması ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin təqdimatı ilə populyar Azərbaycan bədii filmlərinin macar subtitrləri ilə Duna TV-də nümayiş etdirilməsi ilə bağlı razılıq əldə edilib.

Macarıstan İctimai Televiziyası bu il mayın 28-də "Azərbaycan günü" keçirmək və ölkəmizin milli bayramı ilə əlaqədar müxtəlif proqramlar nümayiş etdirmək təklifini də qəbul edib.

Görüş zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar onun barəsində çəkilmiş sənədli filmlərin macar televiziyasında nümayişi ilə bağlı məsələ də müzakirə olunub. Təklifi məmnunluqla qəbul edən macar tərəfi müvafiq razılıq əldə edilərsə, Azərbaycan İctimai Televiziyası ilə əməkdaşlıq şəraitində ölkəmizin çağdaş reallıqları və Heydər Əliyev ideyalarının uğurlu təcəssümü ilə əlaqədar proqramların hazırlanmasında iştiraka hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti