...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” qoruğunda iməcilik keçirib

Mədəniyyət Materials 16 Aprel 2013 11:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” qoruğunda iməcilik keçirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” qoruğunda iməcilik keçirib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala" qoruğunda iməcilik keçirib.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iməcilik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qoruq ərazisində ümumilikdə 1500-ə yaxın Eldar şamı ağacı əkilib. Qoruqda təmizlik və abadlıq işləri aparılıb, ərazi kol-kosdan, daş-kəsəkdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti