Dünyanın gənc şairələri Bakıya toplaşır

Mədəniyyət Materials 23 Aprel 2013 15:36 (UTC +04:00)
Bakıda aprelin 26-29-da Beynəlxalq Muğam Mərkəzində "Gənc şairələrin beynəlxalq forumu" keçiriləcək. Bu barədə Trend-ə forumun təşkilatçısı olan "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqından bildiriblər.
Dünyanın gənc şairələri Bakıya toplaşır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda aprelin 26-29-da Beynəlxalq Muğam Mərkəzində "Gənc şairələrin beynəlxalq forumu" keçiriləcək. Bu barədə Trend-ə forumun təşkilatçısı olan "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqından bildiriblər.

Təşkilatın sədri, deputat Fuad Muradov bildirib ki, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.

"Bu, son illərdə ölkənin ədəbi mühitində bir hadisə olacaq. Avropa və Afrika ölkələrində yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkəni formalaşdıracaqlar", - Muradov deyib.

Deputat qeyd edib ki, forum zamanı gənc şairələr müxtəlif mövzularda müzakirələrdə iştirak edəcək, şeirlərini söyləyəcək və ədəbi diskussiyalarda iştirak edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti