Mehriban Əliyeva: Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir (FOTO)

Mehriban Əliyeva: Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İyulun 6-da Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində hər il beynəlxalq kinofestivalının keçirildiyi Festivallar sarayında növbəti mərasim təşkil olunmuşdur.

AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak etmişlər.

Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olmuşlar. Sərgi Azərbaycan xalqının qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Əsas məqsəd isə Azərbaycanın mədəni dəyərlərini və zənginliyini olduğu kimi Avropa tamaşaçısına çatdırmaqdır. Burada nümayiş edilən hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır.

Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunmuş və Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirmişdir.

"Azərbaycan demokratik, dünyəvi dövlətdir", - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd etmişdir. Mer Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu tədbirin təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını vurğulamışdır.

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: "Dünyanın ən gözəl şəhərlərindən biri olan Kannda ölkəmi - Azərbaycanı təqdim etmək mənim üçün çox xoşdur və şərəflidir.

Biz Azərbaycan mədəniyyəti günlərini Fransanın bir çox regionlarında və şəhərlərində keçirdik. Lakin bu sırada Kann şəhəri xüsusi yer tutur. Kann şəhəri dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir və il boyu burada beynəlxalq festivallar, sərgilər, görüşlər və konsertlər keçirilir. Şəhər özü həm təbiəti, həm də tarixi və memarlığı ilə nadir bir mədəni abidədir. Mən çox şadam ki, belə bir şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirilir və bu tədbirin hazırlanmasında əməyi olan hər bir şəxsə, xüsusilə Kann şəhərinin meri cənab Broşana və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm".

Azərbaycanın birinci xanımı qeyd edib ki, Fransa ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələri əhatə edir və ildən-ilə möhkəmlənir. Paris ilə Bakı arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə möhkəm əməkdaşlıq yaranmışdır:

"Ölkələrimiz həm ikitərəfli, həm də Avropa Şurası, ATƏT və BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Fransa Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və ölkəmizdə 30-dan artıq Fransa şirkəti fəaliyyət göstərir. İqtisadi əməkdaşlığımız enerji sektoru, telekommunikasiya, nəqliyyat, şəhərsalma, yüngül sənaye və şərabçılıq sahələrini əhatə edir. Bu ilin fevralında Azərbaycanın ilk peyki "Azerspace-1" kosmosa məhz Fransa şirkəti olan "Arian" vasitəsilə buraxılmışdır. Bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. Humanitar sahədə olan irəliləyiş məni çox şad etmişdir. Ona görə ki, indi məhz humanitar ideyalar, məhz mədəniyyət insanları biri-birinə daha yaxın edən ən ülvi və ən yaxşı bir vasitədir".

Mehriban xanım Əliyeva bildirib ki, yüzlərlə azərbaycanlı tələbə Fransanın aparıcı ali məktəblərində təhsil alır, Fransa institutlarında Azərbaycan dili və tarixi tədris olunur, Bakıda ilk fransız liseyi inşa edilir. Bakıda və Parisdə ölkələrimizi tanıdan müxtəlif sərgilər, konsertlər və digər tədbirlər keçirilir:

"Heç təsadüfü deyildir ki, Fransanın ən məşhur muzeyləri olan Luvr, Orsey, Pompidu mərkəzi, Versal sarayının eksponatlarından ibarət sərgi "Plaisir de France" sərgisinin ilk dünya turnesi məhz Bakıdan başlamışdır. Azərbaycan dövləti Luvr muzeyinin İslam Mədəniyyəti Departamentinin yaradılmasında, Versal sarayındakı abidənin, Strasburqdakı katedralın, Fransanın müxtəlif regionlarında, o cümlədən Normandiyada olan tarixi abidələrin bərpasında iştirak etmişdir. Mən əminəm ki, bütün bu mədəni layihələr bütün insanları, bütün ölkələri daha yaxın, daha dost edir. Biz müstəqil ölkə kimi çox gəncik. İyirmi iki il bundan əvvəl Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin Azərbaycanın çox qədim tarixi vardır. Əsrlər boyu Azərbaycan Şərq və Qərb, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamış və bu tarixi proseslər ölkəmizin mədəni irsində və xalqımızın formalaşmasında öz silinməz izlərini qoymuşdur".

Birinci xanım deyib ki, bu gün də müasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirmiş və Azərbaycan xalqı tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir: "Çox ümidvaram ki, bu müddət ərzində Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olursunuz, olacaqsınız və ölkəmizə maraq göstərəcəksiniz. Mən fürsətdən istifadə edərək hamınızı Azərbaycana dəvət edirəm. Sonda bir məsələni qeyd etmək istəyirəm ki, şəhərin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşəm. Mən fürsətdən istifadə edərək sizin gözəl və təkrarolunmaz şəhərinizin yeni bir vətəndaşı kimi sizə dərin hörmət və məhəbbətimi çatdırıram. Bir daha bizim ölkəmizə göstərdiyiniz maraq və diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm və xoş axşam arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm".

Sonra Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.

Bu gün Fransanın gündəmində yenə də Azərbaycan vardır. Azərbaycan mədəniyyətinin Kann şəhərində Fransa ictimaiyyətinə və buraya gələn çoxsaylı qonaqlara yüksək səviyyədə təqdim edilməsi ilk növbədə ölkəmizin malik olduğu mədəni zənginliyi göstərmişdir. Bu konsert Azərbaycan mədəniyyətinin təntənəsinə çevrilmişdir.

Bu dəfə Azərbaycan mədəniyyəti Fransanın Kann şəhərini fəth etmişdir. Bu maraqlı konsert proqramı özlüyündə təsdiq etmişdir ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır.

Caz konsertindən sonra Kannda təqdim olunan klassik musiqimiz Azərbaycanın zəngin musiqi xəzinəsinə malik olduğunu bir daha nümayiş etdirmişdir.

Azərbaycan mədəniyyəti günlərinin Fransanın Kann şəhərində keçirilməsi bu ölkənin ictimai dairələrində Azərbaycan haqqında informasiya bolluğu yaratmaq baxımından da misilsiz rol oynamışdır. Bu missiyanı isə öz uğurlu layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan Heydər Əliyev Fondu uğurla həyata keçirir.

Konsertdən alınan təəssüratlar kifayət qədər zəngin olmuş və Kann tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrilmişdir. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayanmışdır.

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunmuşdur.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günlərinə iyulun 4-də start verilmişdir. Artıq üç gündür ki, uğurla davam edən Azərbaycan mədəniyyəti günləri Kann ictimaiyyəti və şəhərə gələn çoxsaylı turistlər arasında böyük əks-səda doğurmuşdur.

Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Loading Bars
Xəbər lenti
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər