...

Qremmi mükafatının builki namizədləri açıqlanıb

Mədəniyyət Materials 7 Dekabr 2013 13:42 (UTC +04:00)
Musiqi dünyasının sayılıb-seçilən mükafatlarından olan Qremmi mükafatının builki namizədləri açıqlanıb.
Qremmi mükafatının builki namizədləri açıqlanıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Musiqi dünyasının sayılıb-seçilən mükafatlarından olan Qremmi mükafatının builki namizədləri açıqlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, maraqla gözlənilən 56-cı Qremmi mükafatının namizədləri ABŞ Los-Anceles şəhərində televiziyadan yayımlanan konsertlə açıqlanıb.

Amerikalı repçi Cey Z rep və pop kateqoriyalarında 9 nominasiyaya namizəd göstərilib.

Kendrik Lamar, Meklemor və Ryan Levis, Castin Timberleyk və Farrell Uilyamsın hərəsinin 7 namizədlik aldığı siyahıda diqqətçəkən adlar və qruplar arasında Daft Punk, Dreyk, Lord, Bruno Mars və Teylor Svift yer alıb.

Qremmi mükafatı gələn il yanvarın 26-da Los-Ancelesdə təşkil olunacaq mərasimdə sahiblərinə təqdim ediləcək.

Qeyd edək ki, Qremmi mükafatı ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatıdır.

2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti