Axşam.az portalının 1 yaşı tamam olur

Mədəniyyət Xəbər 20 Dekabr 2013 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Dekabrın 21-də Axşam.az portalının 1 yaşı tamam olur.

Trend-in məlumatına görə, "5 Media" şirkətinə məxsus olan Axşam.az qısa müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib.

Portal ölkədə baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır.

Geridə qalan il ərzində sayt xeyli sayda ziyarətçi kütləsinə yiyələnə bilib. Həmçinin Axşam.az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti