...

Park Cinema yenə də təəcübləndirir və "47 ronin" filmini 5 gün tez təqdim edir

Mədəniyyət Materials 25 Dekabr 2013 16:26 (UTC +04:00)
27 dekabr tarixində Park Cinema Metro Park-da "47 ronin" filminin premyeradan 5 gün öncə nümayişi keçiriləcək.
Park Cinema yenə də təəcübləndirir və "47 ronin" filmini 5 gün tez təqdim edir

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

27 dekabr tarixində Park Cinema Metro Park-da "47 ronin" filminin premyeradan 5 gün öncə nümayişi keçiriləcək.

"47 ronin" haqqında əfsanə roninlərin hökmdarının qətlinə görə hazırlanan və həyata keçirilən qisas planından bəhs edir. Hökmdarı itirən roninlər ölümə ölümlə qisas almağa söz verirlər və bilirdilər ki, buna görə onları edam gözləyir. Məhkəməsiz cəzaya görə məhkəmə qarşısında cavab verən roninlərə adi canilər kimi edam edilmə əvəzinə, əsl samuraylara layiq seppuku, yəni intihar ayini keçirməyə icazə verirmişlər.

Filmin ssenarisi məhz bu əfsanəyə əsaslanır və premyerası 1 yanvar tarixinə təsadüf edir. Lakin Park Cinema eksklüziv olaraq "47 ronin" filmini premyeradan 5 gün tez nümayiş edəcək. 27 dekabr tarixində Park Cinema Metro Park-da xüsusi olaraq əsl kinomanlar üçün yalnız bir seans keçiriləcək.

"47 ronin" filmində rejissor Karl Rinş və ssenaristlər şərq süjeti xətti və qərb ekşn arasındakı balansı ustalıqla saxlaya biliblər. Qeyd edək ki, filmdə baş rolun ifaçısı Kianu Rivzdir. Maraqlıdır ki, istehsalçı Amerika janrı qaydalarına zidd olaraq faciəli sonluğu "happy end"ə dəyişməyib.

Biletlər artıq satışdadır.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunub və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və "facebook" sosial şəbəkəsindən (http://www.facebook.com/ParkCinema) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti