...

“İslam - ensiklopedik lüğət”i Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Mədəniyyət Materials 15 Aprel 2014 13:40 (UTC +04:00)
“İslam - ensiklopedik lüğət”i Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
“İslam - ensiklopedik lüğət”i Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

"İslam - ensiklopedik lüğət"i Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Kitabxanadan Trend-ə verilən məlumata görə, AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı "İslam -ensiklopedik lüğət" kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib Filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.

Lüğət "İslam. Ensiklopediçeskiy slovar" (Moskva, "Nauka", QRVL, 1991) kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.

Kitab dünşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti