...

VI Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçiriləcək

Mədəniyyət Materials 8 Oktyabr 2014 17:53 (UTC +04:00)
Bu gün Beynəlxalq Muğam Mərkəzində VI Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçiriləcək.
VI Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bu gün Beynəlxalq Muğam Mərkəzində VI Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçiriləcək.

"Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən festivalda Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanın təmsilçiləri iştirak edirlər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yekun konserti və mükafatlandırma mərasimində münsiflər heyətinin qərarı ilə qaliblərə Qran Pri, müxtəlif yerlər və nominasiyalar üzrə diplomlar və hədiyyələr təqdim olunacaq.

Bu layihənin hər il reallaşdırılması Azərbaycan muğam, mahnı və təsniflərinin gənc istedadlar, habelə xarici ölkə iştirakçıları arasında təbliğində bir körpü rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti