...

Azərbaycanlı qız Finlandiyada mahnı yarışmasının yarımfinalına çıxıb (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2014 17:45 (UTC +04:00)
Finlandiyada uşaq mahnı yarışmasına qatılan həmyerlimiz yarımfinala çıxıb.
Azərbaycanlı qız Finlandiyada mahnı yarışmasının yarımfinalına çıxıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Finlandiyada uşaq mahnı yarışmasına qatılan həmyerlimiz yarımfinala çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı "Uşaqların səsi" musiqi yarışmasında uğurlu çıxışını davam etdirərək yarımfinala vəsiqə qazanıb. Müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur "Dua kimi" ("Like a Prayer") mahnısını səsləndirən A.Cabbarlı münsiflər heyətinin daha çox rəğbətini qazanıb. Belə ki, jüri üzvləri hər üç iştirakçının səsini yüksək qiymətləndirsə də, Aylinin səhnədəki təbii hərəkətləri ilə digərlərindən fərqləndiyini və növbəti mərhələdə məhz onu görmək istədiklərini deyiblər.

Xatırladaq ki, müsabiqənin ilk mərhələsində uğurlu çıxışına görə münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olmuşdu. Finlandiyanın "4-cü kanal"ı ilə yayımlanan mahnı yarşımasının yarımfinalı bu həftə keçiriləcək.

Qeyd edək ki, 12 yaşlı A.Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki "AzərTürk" musiqi qrupunun solistidir və 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti