...

Meksikada Fikrət Əmirovun "Ərəb mövzularında konsert" əsəri təqdim olunub

Mədəniyyət Materials 3 Mart 2015 10:16 (UTC +04:00)
Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Milli bayramı çərçivəsində Livan mədəniyyət günləri keçirilimişdir.
Meksikada Fikrət Əmirovun "Ərəb mövzularında konsert" əsəri təqdim olunub

Azərbaycan, Bakı, 3 mart /Trend/

Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Milli bayramı çərçivəsində Livan mədəniyyət günləri keçirilimişdir. Mədəniyyət tədbirləri zamanı bir neçə konsert proqramı baş tutmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Mexiko Şəhər Teatrında (Teatro de la Ciudad) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko Şəhər Filarmonik Orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında konsert" adlı əsəri təqdim olunub. Orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı bədii rəhbər və baş dirijor, Lubnan Baalbaki idarə edib.

F.Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə dinləyiciləri özünə cəzb etmiş, "Ərəb mövzularında konserti" əsəri konsert salonunda səsləndiyi zaman dinləyiciləri valeh etmiş və əsərin ifası dəqiqələrcə alqışlarla qarşılanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti