...

Elnur Hüseynovun çıxışı Avropada və Türkiyədə müsbət rəylər alıb (FOTO)

Mədəniyyət Materials 29 May 2015 15:16 (UTC +04:00)
Azərbaycanın “Eurovision”-də bu ilki təmsilçisi Elnur Hüseynov Avropa və Türk şou-biznesindən, həmçinin müsabiqə pərəstişkarlarından xüsusi dəstək aldı.
Elnur Hüseynovun çıxışı Avropada və Türkiyədə müsbət rəylər alıb (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın "Eurovision"-də bu ilki təmsilçisi Elnur Hüseynov Avropa və Türk şou-biznesindən, həmçinin müsabiqə pərəstişkarlarından xüsusi dəstək alıb.

Elnur mayın 23-də müsabiqənin finalında "Hour of the Wolf" mahnısı ilə çıxış edərək, münsiflərin və tamaşaçıların səsverməsi nəticəsində 12-ci yerin sahibi olub, bununla cari sezonun ən yaxşı çıxışlarından birini təqdim edib.

"Eurovision" münsiflərinin qərəzli qiymətləndirmələrinə baxmayaraq, müğənninin unikal vokalı və beynəlxalq komandanın yaratdığı konpemporari stilində orijininal performansı Avropada və Türkiyədə çoxsaylı pozitiv rəylər alıb.

Türkiyə 2013 ildən "Eurovision"-da iştirak etmir, lakin türklər bu il Elnuru əvvəlki illərdə öz iştirakçılarını dəstəklədiyi kimi dəstəkləyib. Azərbaycan ifaçısı türk tamaşaçısı tərəfindən tanınır və sevilir. Bu ilin fevralında o, "The Voice" layihəsinin türk versiyasında qalib olub. Elnur finalda tamaşaçıların səsverməsi zamanı 1 milyon səs qazanaraq rekordu qırıb. Bundan əlavə hal-hazırda Elnur Türkiyədə yaşayır və burada çalışır.

Türk musiqiçilərinin və şou-biznes ulduzlarının bir çoxu sosial şəbəkələrdə həm çıxışından qabaq, həm də ki sonra Elnura dəstək oldular. Onların arasında müğənni və aktrisa Ayşegül Aldinç, aktrisa Büşra Pekin, yazıçı, jurnalist, teleaparıcı Özgür Aras, müğənni Betül Demir, müğənni və rejissor Metin Arolat, prodüser Erol Köse, müğənni Irem Derici və başqaları var.

Tanınmış teleprodüser, aparıcı və ən populyar türk kanallarından olan TV8-in sahibi Acun Ilicali belə yazdı: "Gəlin Elnura öz səsimizlə dəstək olaq - bugün o, qardaş Azərbaycanı təmsil edir!". Müğənni Halil Sezai isə Avropada yaşayan bütün türkləri Elnura səs verməyə çağırıb.

Nəticələr elan olunduqdan sonra Elnurun "The Voice" laayihəsində müəllimi, tanınmış müğənni Ebru Gündeş yazdı ki, Azərbaycanlı ifaçı onsuz da qalibdir və qalib olaraq qalır.

Avropa mətbuatı, müsabiqə pərəstişkarları və başqa iştirakçılar həmçinin Elnurun finaldakı çıxışını yüksək qiymətləndirdilər. "Eurovision"-a həsr olunmuş aparıcı informasiya portalı wiwibloggs.com-un yaradıcısı Vilyam Li Adams Azərbaycan komandasının yaratdığı perfomansdan təsirləndi. "Azərbaycanın performansı füsunkar idi və başqa ölkələrin çıxışından çox fərqlənirdi. Elnurun çıxışı mistik və sehrli idi, fərqli stillərin miksini təşkil edən xoreoqrafiyası isə xüsusi diqqətə layiq idi", - deyə o, bildirdi.

Müsabiqənin başqa iştirakçiları Elnurun səsinə heyran oldular.

Latviya təmsilçisi Aminata: "Elnur - istedadlı və güclü vokalçıdır. Biz Riqada keçirilən promo-konsertdə tanış olduq. Artıq onda mən onun mahnısını bu ilin ən yaxşı kompozisiyası kimi qiymətləndirdim və yanılmadım. Elnurun "Eurovision" səhnəsindəki çıxışı çox gözəl idi".

Avstraliya nümayəndəsi və bu ölkənin pop-müsiqisinin super-ulduzu Qay Sebastyan isə həm Elnurun səhnədə nümayiş etdiyi güclü opera vokalına, həm də ki perfomansına heyran olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti