...

Əbülfəs Qarayev: "Kimə deyə bilərəm ki, Əhmədlə Məmməd vuruşmasın?"

Mədəniyyət Materials 19 Oktyabr 2015 14:40 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin xalq artistlərinin adının müəyyən neqativ məsələlərdə hallandırılmasına münasibət bildirib.
Əbülfəs Qarayev: "Kimə deyə bilərəm ki, Əhmədlə Məmməd vuruşmasın?"

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin xalq artistlərinin adının müəyyən neqativ məsələlərdə hallandırılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, belə halların qarşısı inzibati yolla alına bilməz: "Mədəniyyət, şou-biznes sahəsi həmişə cəmiyyətə açıq olub. Bu sahədə baş verən hadisələr istər-istəməz insanların diqqətini cəlb edir. Hansısa zavodda bir mühəndisin digəri ilə münaqişəsi olandabu faktı kim yazır? Heç kim yazmır. Mədəniyyət sahəsində çalışan insanlar göz qabağında olurlar. Sözsüz ki, onlar bilməlidirlər ki, hər bir sözləri, hərəkətləri cəmiyyətdə müəyyən əks-səda doğurur. Mən hansısa inzibati yolla kimə deyə bilərəm ki, Əhmədlə Məmməd vuruşmasın? Bu, mümkün deyil".

Ə.Qarayev bildirib ki, adları cənab Prezident tərəfindən yüksək fəxri adlara layiq görülən insanlar bu məsuliyyəti tək səhnəyə cıxmaqla bitmiş hesab etməli deyillər: "Bu insanlar davranışları, sözləri ilə cəmiyyətdə yer tutduqlarını da dərk etməli və nüfuzlarını saxlamalıdırlar. Burada hər hansı inzibati yolla, tövsiyyələrlə iş düzəlməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti