...

Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb (FOTO)

Mədəniyyət Materials 18 Noyabr 2015 12:32 (UTC +04:00)
Layihənin məqsədi yaradıcı tələbə gənclərin əl işlərinin təqdimatlarını, sərgisini keçirtmək olub.
Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb  (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaradıcı tələbə gənclərin sənət sərgisi" adlı layihə yekunlaşıb.

Trend-in məlumatına görə, layihənin məqsədi yaradıcı tələbə gənclərin əl işlərinin təqdimatlarını, sərgisini keçirtmək olub. Layihə çərçivəsində müvafiq elanlar vurulub və ən yaxşı sənət əsərləri təbliğ edilib. Gənc rəssam Ləman Əliyevanın rəsm əsərləri nümayiş etdirilib. Həmçinin Bakı Dövlət Universitetinin tələbələrinin əl işləri də təqdim olunub.

Üç gün davam edən sənət sərgisi çərçivəsində əlliyə yaxın tələbə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti