...

Brilliant Dadaşovadan yeni mahnı dinləyək (AUDİO)

Mədəniyyət Materials 11 Fevral 2016 18:19 (UTC +04:00)
Xalq artisti Brilliant Dadaşova dinləyicilərinə yeni mahnılarını təqdim edib.
Brilliant Dadaşovadan yeni mahnı dinləyək (AUDİO)

Bakı. Trend:

Xalq artisti Brilliant Dadaşova dinləyicilərinə yeni mahnılarını təqdim edib.

Müğənninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daim yaradıcı axtarışda olan sənətkar xanım bu dəfə türk sənət musiqisinə müraciət edib. "Kimə nə" və Neşet Ertaşın "Dane dane" adlı mahnılarını birlikdə yeni versiyada ifa edən müğənni son ifası ilə bağlı bunları söyləyib: "Oxuduğum mahnıların hər ikisi uşaqlıqdan dinlədiyim və bəyəndiyim parçalardır. Çahargah muğamı üstündə bəstələnən mahnıların ifası asan olmasa da, mən dəfələrlə canlı televiziya proqramları, konsertlər və digər mərasimlərdə bu musiqiləri ifa etmişəm. Buna görə də dinləyicilərimə bu musiqilər çoxdan tanışdır və onların istəyi ilə hər iki musiqini birləşdirib poppuri kimi lentə aldırdım".

Qeyd edək ki, xalq artisti, eləcə də bu yaxınlarda söz və musiqisi Nigara aid olan "Bu bana haksızlık" adlı mahnısını hazırlayıb təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti