...

Mədəniyyət və turizm naziri ISESCO-nun baş direktoru ilə görüşüb (FOTO)

Mədəniyyət Materials 11 Mart 2016 16:38 (UTC +04:00)
Martın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.
Mədəniyyət və turizm naziri ISESCO-nun baş direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Martın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,nazir onu təkrar paytaxtımızda salamlamaqdan məmnun olduğunu bildirib.

İSESCO ilə ölkəmiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, həm Heydər Əliyev Fondu, həm də nazirliklə qurulan faydalı əməkdaşlığın səmərəli olduğunu vurğulayan nazir bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. Səmimi qəbula görə minnətdarlıq edən ISESCO-nun baş katibi Bakıya növbəti səfərindən razılığını qeyd edib. ISESKO Baş Assambleyasının keçən ilin noyabr ayında yüksək səviyyədə keçirildiyini və Azərbaycanın növbəti üç il müddətinə sədr seçildiyini qeyd edən İSESKO baş direktoru ölkəmizin islam dünyasında humanitar əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini bildirib.

Ölkəmizdə keçirilən beynəlxalq Forumları əlamətdar hadisə kimi qiymətləndirən qonaq, Azərbaycanın bölgədə və dünyada sülhə və təhlükəsizliyə müsbət töhfə verdiyini vurğuladı. İSESCO baş katibi ölkələr arasında mədəni əlaqələrin inkişafı istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti xanım Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edib.

İSESKO baş direktoru cari ilin aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəyini və forum çərçivəsində keçiriləcək Bakı Prosesi sessiyasında tərəfdaşı kimi məmnuniyyətlə çıxış edəcəyini vurğulayıb. Görüşün sonunda cənab Prezident İlham Əliyev tərəfindən İSESKO üzrə Milli Komissiyanın yaradılmasının ölkə rəhbərliyinin təşkilata olan yüksək münasibətinin ifadəsi olduğunu qeyd edən komissiyanın sədri Ə.Qarayev tərəfindən beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin komissiyanın baş katibi təyin edilməsi barədə məktubu baş direktora təqdim edib.

Görüşdən sonra nazir Ə.Qarayev və İSESCO-nun baş katibi Muzey Mərkəzində Qusar rayonunun "Azərbaycanın Folklor Paytaxtı" elan olunması ilə bağlı mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti