...

Bakıda “Dəvətsiz qonaqlar” var...

Mədəniyyət Materials 17 Mart 2016 18:30 (UTC +04:00)
Nizami Kino Mərkəzində martın 17-dən etibarən “Dəvətsiz qonaqlar”, “Londonun süqutu” bədii filmlərin və “Smeşariklər: qızıl əjdaha haqqında əfsanə” 3d animasiya filminin nümayişinə başlanıb.
Bakıda “Dəvətsiz qonaqlar” var...

Bakı. Trend:

Nizami Kino Mərkəzində martın 17-dən etibarən "Dəvətsiz qonaqlar", "Londonun süqutu" bədii filmlərin və "Smeşariklər: qızıl əjdaha haqqında əfsanə" 3d animasiya filminin nümayişinə başlanıb.

Rusiya istehsalı olan "Smeşariklər: qızıl əjdaha haqqında əfsanə" animasiya filmini rejissor Denis Çernov komediya və macəra janrında ekranlaşdırıb.Tanınmış alim və onun komandası vəhşi cunqlinin ürəyinə yollanırlar. Onları orda təhlükəli macəralar və dişlərinə qədər qadjetlərlə silahlanmış zalım mərhəmətsiz yerli əhali gözləyir...

Baş rolları Mixail Çernyak, Sergey Mardar, Anton Vinoqradov, Vladimir Postnikov, Svetlana Pismiçenko, Vadim Boçanov, Qarik Xarlamov, Dmitriy Nagiyev, Elena Şulman, Vladimir Maslakov ifa ediblər.

Amerika istehsalı olan "Dəvətsiz qonaqlar" filmini rejissor Adam Şindler dəhşət, triler və dram janrında çəkib. Aqorafobiya asılılığı olan Anna, üç cinayətkarın onun evini basdığında özünü küçəyə qaçmağa məcbur edə bilmir. Canilər hələ bilmirlər ki, açıq fəzadan qorxu fobiyası Annanın eganə psixoloji pozuntusu deyil...

Filmdə Rori Kalkin, Letisiya Himenez, Cek Kesi, Timoti T.MakKinni, Coşua Mikel, Bet Risqraf, Martin Starr və başqaları çəkilib.

"Londonun süqutu" filmi ABŞ, Böyük Britaniya və Bolqariya kinemotoqrafçılarının birgə işidir. Rejissor Babak Nacafinin çəkdiyi bu film kriminal triller və döyüş janrındadır. Filmin sloqanı belədir - "Canlı cəhənnəmə hazırlaş". Fimdəki hadisələr Londonda baş verir. Böyük Britanıyanın baş naziri sirli şəraitdə həlak olur. Dəfndə sözsüz ki, Qərb dünyasının başçıları iştirak edir. Amma yerdə baş vermiş təhlükəsiz bir hadisə, qüdrətli dünya liderlərinə sui qəstlə nəticələnə bilər. Bu halda bütün dünyanın gələcəyi təhlükə altındadır.Ancaq üç nəfər bu fəlakətin qarşısının alınmasına ümid edir: ABŞ prezidenti, onun sadiq köməkçisi - xüsusi xidmət agenti və heç kimə etibar etməyən ingilis agenti Mİ -6...

Baş rollara Cerard Batler, Aaron Ekhart, Morqan Friman, Alon Abutbul, Valid Zeyter, Adel Benşerif, Mehdi Dehbi, Şivani Qai, Martin Petruşev, Ouen Devis və başqaları çəkiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti