Bakı. Trend:
Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyilə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbində Sankt-Peterburq Musiqi Liseyinin direktoru, fortepiano üzrə professor Vitaliy Romanovun iştirakı ilə ustad dərsi keçirilib.
İdarədən Trend-ə verilən məlumata grə, bu görüş 18-20 may tarixlərində Azərbaycan paytaxtında "Bakıda Sankt-Peterburq görüşləri" adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində baş tutub.
Ustad dərsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva, T.Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin şagirdləri Ayan Aslonava, Zərqələm Mehdiyeva və G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin şagirdləri Həşim Həşimov, Məryəm Vəliyevanın pianoda ifaları dinlənilib.
Şagirdlərin ifalarını rəğbətlə qarşılayan Vitaliy Romanov onlara ustad tövsiyələri verib.