...

Dövlət Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” hazırlanır

Mədəniyyət Materials 16 İyun 2016 14:18 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.
Dövlət Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” hazırlanır

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə olan yeni səhnə əsərində tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assisenti Günay Qasımovadır.

Yeni tamaşada obrazları Əməkdar Artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının 89-cu teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti