...

Ukrayna "Eurovision 2017"ni harada keçirəcəyinə qərar verdi

Mədəniyyət Materials 9 Sentyabr 2016 14:44 (UTC +04:00)
"Eurovision 2017" Ukrayna Təşkilat Komitəsi beynəlxalq mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib.
Ukrayna "Eurovision 2017"ni harada keçirəcəyinə qərar verdi

Bakı. Trend:

"Eurovision 2017" Ukrayna Təşkilat Komitəsi beynəlxalq mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib.

Bu barədə Trend "112 Ukrayna" telekanalına istinadən məlumat verir.

Paytaxt səslərin 19-nu, Odessa 2-ni qazanıb, Dnepr (Dnepropetrovsk) isə səs qazana bilməyib.

Həmçinin müsabiqənin keçiriləcəyi məkan da bəlli olub. Yarış Dneprin sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq.

Mərkəzin 12-14 min tamaşaçını qəbul edə biləcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti