Bakı. Trend:
Qazaxıstanın "Atameken" televiziyasında Azərbaycanın zəngin mətbəxi, mədəniyyəti, tarixi və digər sahələrindən bəhs edən veriliş yayımlanıb.
Trend-in məlumatına görə, "Biznes-lanç" adlı teleproqramda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla müsahibədə ölkənin iqtisadi inkişafı, eləcə də Azərbaycan-Qazaxıstan əlaqələrindən geniş bəhs edilib.