...

Adriano Çelentano və Azərbaycan aparıcıları (VİDEO/FOTO)

Mədəniyyət Materials 23 Yanvar 2017 14:08 (UTC +04:00)
"Kino Evi"ndə Lider TV-nin efirində nəinki italyan, bütün dünya xanımlarının sevimlisi olan, təkcə aktyor kimi yox, həm də müğənni kimi sevilən Adriano Çelentanonun həyat və yaradıcılığına nəzər salınacaq.
Adriano Çelentano və Azərbaycan aparıcıları (VİDEO/FOTO)

Bakı. Trend:

Bu həftə "Kino Evi"ndə 28 yanvar saat 11:30-da Lider TV-nin efirində nəinki italyan, bütün dünya xanımlarının sevimlisi olan, təkcə aktyor kimi yox, həm də müğənni kimi sevilən Adriano Çelentanonun həyat və yaradıcılığına nəzər salınacaq.

Dünya şöhrətli aktyoru əməkdar artist Hüsniyyə Mürvətova ilə müzakirə olunacaq.

"Kino Evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino Mətbəx" rublikasının aparıcıları isə Nigar Şamilova və Nurçin Quluzadədir. Rejissor və montajor – İBO, operatorlar - Orxan Həsənov və Kamal Məmmədovdur.

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rublikası adlanır. Həmin ulduzun obrazları, xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır.

Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub. Hər şənbə saat 11:30, təkrarı bazar günü 02:15 və bazar ertəsi 17:00-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti