...

"Bakı Çempionatı 2017" keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Fevral 2017 12:36 (UTC +04:00)
“Azeri Dance Stars 2016” mükafatlandırılma mərasimi keçirilib.
"Bakı Çempionatı 2017" keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı (AGI) tərəfindən təmsil olunan Azərbaycan Rəqs Assosiasiyası (ARA) Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında açıq statuslu “Bakı Çempionatı 2017” keçirilib. Həmin gün rəqs şousu, folklor üslublaşdırma, folklor etnika, bolivud, oriental, eləcə də hip-hop şou istiqamətləri üzrə müsabiqələr baş tutub. Çempionat dörd yaş kateqoriyasında keçirilib – beybi, uşaq, yuniorlar, ergin.

Eyni zamanda, “Azeri Dance Stars 2016” mükafatlandırılma mərasimi keçirilib. Ən yaxşı 2016-cı ilin münsüfü Ülviyyə Həsənova Azərbaycan Rəqs Assosiasiyası tərəfindən seçildi həmçinin, ilin debütü və ən yaxşı debüt nominasiyalarına yeni çıxış edən kollektivlər mükafatlandırılıblar. İlin debütu mükafatına Sumqayıtdan olan “Aruz” rəqs kollektivi layiq görülüb. İlin ən uğurlu debütü mükafatına Mingəçevirdən “Sevinc” rəqs kolektivi (bədii rəhbərləri Mələk Tağıyeva) bu mükafata layiq görülüb. İlin ən yaxşı rəqqası mükafatına Dəniz Razmazanlı (“ Buta rəqs Ansamblının” üzvü) layiq görülüb. 2016-cı ilin ən yaxşı rəqs kollektivi mükafatına “Zirvə” kollektivi - Natella Həsənovanın sinifi layiq görülüb. Ən yaxşı xoreoqraf mükafatına Ağcəbədidən olan “Qarabağ” kollektivinin bədii rəhbərləri bu mükafata sahibləniblər.

«Bakı Çempionatında» xariçi rəqqaslar çoxluq təşkil edirdi. Bu hal bizləri sevindirməyə bilməz. Mükafatlandırılma mərasimi iki nominasiyada keçirildi. Qapalı statuslu “Bakı Çempionatı” və Açıq statuslu “Bakı Çempionatı”. Rəqslərə görə qiymətlər eyni olaraq qalırdılar. İrandan olan iştirakçılar bizləri çox sevindirdilər. Bu Çempionatda Təbrizdən və İranın paytaxtı olan Tehrandan olan bu iştirakçıların rəqsləri bizləri çox sevindirdi. Onlar hip-hop rəqsini, Azərbaycan milli rəqsini və həmçinin İran rəqsi ilə çıxış etdilər. Çavab olaraq “Sirdaş” rəqs studiyası çox gözəl Bandari rəqsini göstərdi. Bandari İran etnik rəqsidir. Biz xoreoqrafiya akademiyasına öz tələbələrinə bizim bu yarışmalarda iştirak etmələrinə imkan yaratdıqlarına görə onlara öz təşəkürümüzü bildiririk. Kollektivlərin və studiaların birliyi Assosiasiyadır. İndiki halda Xareoqrafiya məktəbinin tələbələri çıxış edəndə tədbirlərin ümümi səviyəsi qalxır. Təbiidir ki, studiaların və rəqs kollektivlərinin rəhbərləridə çalışırlar ki, öz tələbələri dahada mükəmməl iştirak eləsinlər dahada gözəl performans göstərsinlər. Mən bütün müəllimlərə bizim bu yarışmalara gəlib baxmalarına məsləhət görərdim. “Azeri Dance Starts-2016 ” mükafatlandırma mərasimi çox sevindirdi. Həmin gün siz bildiyiviz kimi biz yaxşıların ən yaxşılarını mükafatlandırdıq. Demək olar ki, bütün yanvar ayı ərzində bizdə 2016-cı ilə olan kolektivlərin sayımı, kimlərin ən yüksək yerləri tutmalarını biz hesablayırdıq. Mən öz adımdan şəxsən Natella Həsənovanı və “Zirvə rəqs ansamblını” təbrik ediriəm onlar ilin ən yaxşı kollektivi naminatsiyasında qalib gəldilər. Onların bir birindən gözəl və fərqli rəqsdəri həmçinin xariçi festivallarda iştirakları buna bir təkandır. Biz dekabır ayında presamızı məlumatlandırmışdıq ki, Gürcüstanda Bakurianidə keçirilən festivala kolektivlərdən “Zirvə” kollektividə qatılmışdır. Mən ilin ən yaxşı Xoreoqrafları mükafatına laiq görülən “Qarabağ” kollektivini təbrik eləmək istərdim. Baxmıyaraq ki, kollektiv yalnız xanımlardan ibarətdir onlarda oğlanlar və gənclər yoxdur. Bu kollektiv hər zaman bizləri öz rəqsləri ilə rəqs qruluşları ilə sevindirir. Mən ilin ən yaxşı rəqqası naminasiyasının qalibi Dəniz Ramazanlını təbrik etmək istərdim.

“Buta rəqs ansamblının” rəqqası. Bu qız bütün 2016-cı il ərzində çıxış elədiyi hər bir naminatsiyada demək olar ki, hər birində birinci yerin qalibi olub. Bu çox böyük bir zəhmətdir. Mən öz adımdan onun bədii rəhbəri Zaur Qasımovu təbrik edirəm. Bütün rəhbərləri bir daha təbrik edirəm onlara bol bol uğurlar diləyirəm bu çətin işlərində. Həmçinin onları 22 aprel Azərbaycan Çempionatında çıxış eləməyə dəvət edirəm. Birdaha hamıya təşəkür edirəm” - deyə ARA-nın prezidenti və AGA-nın sədr müavini Əziz Əzizov bildirib.

Birinci, ikinci, üçüncü yerlərin sahibləri:

Show Dance:
Small group – Baby – 2 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı
Small group – Baby – 1 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı ( kəpənək rəqsi)
Formation – Baby – 1 place – Ləman rəqs qrupu
Small group – Child – 1 place – Jam SS Bədii rəhbər Veronika Talıbova
Small group – Child – 2 place – Crazy Eyes Bədii rəhbər Aygül Məmmədova
Formation – Child – 1 place – Cingiz Mustafayev adına Zirvə rəqs ansamblı
Formation – Child – 1 place – Trio
Formation – Juniors – 1 place – The Legend
Miniproduct – 1 place – Jam SS Bədii rəhbər Veronika Talıbova

Hip – Hop Show:
Solo – Child – 1 place – Yusif Cəfərli Jam SS
Solo – Child – 2 place – Zeynəb Xələfova Jam SS
Solo – Child – 3 place – Qreckin Roman Jam SS
Small group – Child – 1 place – Nero Kids

Bollywood:
Solo – Child – 1 place – Buta rəqs ansamblı
Duet – Child – 1 place – Buta rəqs ansamblı
Formation – Child – 1 place – Aruz rəqs qrupu
Solo – Juniors – 1 place – Buta rəqs ansamblı
Solo – Juniors – 2 place – Ləman rəqs qrupu
Duet – Adults – 1 place – Buta rəqs ansamblı
Small group – Adults – 1 place – Zirvə rəqs ansamblı Bədii rəhbər Aysu Cəbiyeva

Belly Dance :
Solo – Adults – 1 place – Yelena Sultanova

Cheerleding:
Miniproduct – 1 place –– Smiles

Folk Style:
Small group – Child – 1 place – Zirvə rəqs ansamblı Bədii rəhbər Fərid Əliyev
Small group – Child – 2 place – Zirvə rəqs ansamblı Bədii rəhbər Aysu Cəbiyeva
Small group – Child – 3 place – Smiles
Formation – Child – 1 place – Aruz rəqs qrupu
Formation – Child – 2 place – Buta rəqs ansamblı (Naxçıvani rəqsi )
Formation – Child – 3 place – Buta rəqs ansamblı (Milli rəqs)
Duos – Juniors – 1 place – Azəri Tacı
Duos – Juniors – 2 place – Smiles
Small group - Juniors – 1 place – Zirvə rəqs ansamblı Bədii rəhbər Aysu Cəbiyeva
Small group - Juniors – 1 place – Ləmən rəqs qrupu
Small group - Adults – 1 place – Mantre ( İran )
Miniproduct – Gəncə rəqs qrupu

Folk Etnika:
Solo – Child – 1 place – Buta rəqs ansamblı
Duos – Juniors – 1 place – Azəri Tacı
Formation – Juniors – 1 place – Təbəssüm Uşaq musiqili teatrı

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti