...

Opera və Balet Teatrı mövsümü Qala-konsertlə başa vuracaq

Mədəniyyət Materials 19 İyun 2017 14:28 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq.
Opera və Balet Teatrı mövsümü Qala-konsertlə başa vuracaq

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq.

Teatrdan Trend-ə verilən məlumata görə, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq.

Qala-konsertdə simfonik orkestri Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti