...

"Azərbaycan" jurnalının yeni sayı

Mədəniyyət Materials 19 İyun 2017 20:44 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın bu sayında Ay Bəniz Əliyar, Vəliyulla Novruz,Ətraf Sərraf, Fərid Həsənzadə, Ağasəfa, Nizami Muradoğlu, Rahil Məmmədin şeirləri çap olunub.

Tərcümələr bölməsində Vasili Belovun "Üç meşə o tərəfdə", "Sığırçınlar", "Atlar", "Bobriş təpəliyi", "Sıravi Lavruxin", "Rosstan təpəliyində" hekayələri, Marianne Qruberin "Şorcüllütünün ölümü" hekayəsi, Tatyana Sivesin "Bakı" poeması yer alıb.

Jurnalın yeni sayında Nizami Cəfərovun "Həyatın metafizikası, yaxud “Mahmud və Məryəm”dən “Ölüm hökmü”nə", İrfan Çiftçinin "Rəşad Məcidin keçib gəldiyi “Zaman tuneli”", Əlirza Balayevin "Qur’anın tərcüməsinə dair bəzi mülahizələr", Nərgiz Cabbarlının "Müasir roman texnologiyası, klassik roman strukturunda “dağılma” və keçmişə qayıdış", Vaqif Yusiflinin "Qəzəl dünyamız", Zöhrə Fərəcovanın "Əhməd bəy Ağaoğlu və onun “Hicrəti-Kubra” əsəri", Sədaqət Əsgərovanın "Yeni meyarlarla" məqalələri dərc olunub.

Oxuculara həmçinin jurnalda Leyli Salayevanın "Ev" hekayəsi təqdim olunur.

Xəbər lenti

Xəbər lenti