...

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb (FOTO)

Mədəniyyət Materials 29 Avqust 2017 19:47 (UTC +04:00)
Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib.
Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb (FOTO)

Bakı. Trend:

Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrdan Trend-ə verilən məlumata görə, Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatrımız mükafatla qayıdıb.

Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edən teatr “Xəzər renessansı” nominasiyası üzrə diplomla təltif olunub. Həmçinin rejissor M.Mikayılov və əməkdar artist Gülzar Qurbanova Türksoy türk mədəniyyət qurumunun təşkil etdiyi məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.

Xatırladaq ki, festivalda beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.

Xəbər lenti

Xəbər lenti