Bakı. Vüqar İmanov - Trend:
Noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında hind və Azərbaycan estrada ulduzlarının iştirakı ilə möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək.
Trend-in məlumatına görə, Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan - IAA) dəstəyi ilə keçiriləcək bayramın təşkilatçısı “FullHouse Entertainment”dır.
IAA-nın prezidenti Sobi T. Abrahamın sözlərinə görə, “Bollywood Night”ın keçirilməsi Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illliyinə həsr olunub. O bildirib ki, Hindistanın Azərbaycandakı Assosiasiyası 200-dən artıq fəal üzvün iştirakı ilə 2003-cü ildə qurulmuş mədəni qeyri-kommersiya təşkilatdır: “Missiyamız Azərbaycanda hind icmasının mədəniyyəti və irsini nümayiş etdirmək və qoruyub saxlamaq, Azərbaycanda yaşayan digər icmalarla dostluq, xeyirxahlıq və qarşılıqlı anlayış ruhuna xidmət etməkdir. Hindistanın Azərbaycandakı Assosiasiyası mədəniyyət və iqtisadiyyat sahələrində Hindistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynamağa çalışır. Hər il çoxsaylı mədəni və ənənəvi tədbirlər, moda nümayişləri, bayram şənlikləri keçiririk ki, Azərbaycandakı dostlarımızla zəngin və rəngarəng mədəniyyətimizi paylaşaq”.
Konsert proqramında hind və Azərbaycan estrada ulduzları iştirak edəcəklər, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.
Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/
Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295
Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall"da, "Gənclik Mall"da, "Asan Xidmət" mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night -da satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.