...

"Bakı Vaxtı ilə" Lider TV-də

Mədəniyyət Materials 18 Oktyabr 2017 21:29 (UTC +04:00)
Oktyabrın 22-də saat 18-də "Lider" telekanalında "Bakı Vaxtı ilə" adlı müəllif verilişi efirə çıxacaq.
"Bakı Vaxtı ilə"  Lider TV-də

Bakı. Trend:

Oktyabrın 22-də saat 18-də "Lider" telekanalında müğənni Roza Zərgərlinin "Bakı Vaxtı ilə" adlı müəllif televiziya verilişi efirə çıxacaq.

Trend-in məlumatına görə, mövsümün ilk buraxılışı verilişin 4 illiyinə həsr olunacaq. Xatırladaq ki, müəllif proqramında təkcə milli incəsənətimiz təbliğ olunmur, eyni zamanda korifeylərimizin həyatı və bilinməyən sənət sirləri barəsində maraqlı araşdırmalar təqdim olunur.

4 il ərzində tamaşaçılar Şövkət Məmmədova, Vaqif Mustafazadə, Əminə Dilbazi, Şəfiqə Axundova, Emin Sabitoğlu, Lütfəli Abdullayev və digər nüfuzlu sənət nümayəndələri barəsində zəngin məlumatlar əldə edə biliblər. Qeyd edək ki, daha əvvəllər proqram İctimai televiziyanın efirindən izləyicilərə təqdim olunurdu.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti