...

Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2017 19:35 (UTC +04:00)
Şair Musa Yaqubla görüş keçirilib.
Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında şair Musa Yaqubla görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.

İlk öncə filialın direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, şair haqqında geniş məlumat verib. Bildirilib ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Şairin “Taleyin qisməti”, "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şerləri xalq tərəfindən çox sevilir.

Musa Yaqub oxucuların suallarını cavablandırıb, öz şeirlərini ifa edib, daha sonra şairlə xatirə şəkilləri cəkdirilib. Musa Yaqub kitabxananın “Xatirə” kitabına öz ürək sözlərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti