...

Xalçaçı-rəssamın kitabının təqdimatı keçiriləcək

Mədəniyyət Materials 6 Mart 2018 20:18 (UTC +04:00)

Bakı. Trend:

Martın 7-də saaat 15.00-da Azərbaycan Xalça Muzeyində xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri iştirak edəcəklər.

“Pazırık xalısı. Rəmzlər dünyası” kitabında Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunur. Kitabın müəllifi M.Hüseynov dörd hissədən ibarət olan bu kitabda Pazırık xalısının tarixi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırmışdır.

Pazırık xalısının araşdırılması ilk gündən aktualdır. Bu xalı son 50-60 ildə müxtəlif, bir-birini təkzib edən, mübahisələr yaradan fikirlərin yaddaşlarda formalaşması ilə xalçaşünaslıqda özünəməxsus yer tutur. Kitabda türkdilli xalqların xalça sənəti nümunələrindəki naxış və motivlərlə Pazırık xalısı elementlərinin arasındakı oxşar xüsusiyyətlərin incələnməsi müşahidə edilir.

Ətraflı məlumat:

www.azcarpetmuseum.az

www.facebook.com/AzerbaycanXalcaMuzeyi/

Tel:(+99412) 497 20 16

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti