...

"Avey" dövlət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib (FOTO)

Mədəniyyət Materials 12 Mart 2018 17:10 (UTC +04:00)
"Avey" Dövlət tarix-mədəniyyət qoruğunda abadlıq və yaşıllaşdırma işləri görülüb.
"Avey" dövlət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib (FOTO)

Bakı. Trend:

Ötən il ərzində "Avey" Dövlət tarix-mədəniyyət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Turizm mövsümünün başlanması ilə əlaqədar "Avey" Dövlət tarix-mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə əraziyə gedən yol yenidən abadlaşdırılıb, yola çınqıl tökülərək hamarlama işləri aparılıb. Eyni zamanda, yolun kənarları boyunca 500 ədəd Eldar şamı və digər meyvə ağacları əkilərək yaşıllıq zolağı salınıb. Yeni salınmış yaşıllıq zolağının suvarılması üçün Damcılı bulağından əraziyə su xətti çəkilib.

Qeyd edək ki, Qazax rayonu ərazisində yerləşən "Avey" Dövlət tarix-mədəniyyət qoruğu qədim tarix-mədəniyyət abidələrinə və füsunkar təbiətə malikdir. Qoruq ərazisində Daş Salahlı kəndi yaxınlığında Avey dağının şərq ətəyində qədim daş dövrünə aid olan dünya əhəmiyyətli “Damcılı” mağaralar kompleksi yerləşir. “Damcılı” mağara düşərgəsi Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən böyüyü və əhəmiyyətlisidir. Ərazi öz adını mağara yaxınlığında yerləşən gözəl təbiət incisi olan Damcılı bulağından alıb. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii oyuqda yığılaraq bulaq olur.

“Damcılı” Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Ötən il ərzində qoruğu 14 107 nəfər yerli və xarici turist ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti