...

Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib

Mədəniyyət Materials 16 Mart 2018 01:32 (UTC +04:00)
Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib.
Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib

Bakı. Trend:

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Rəşad İlyasov, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Fehruz Səxavət, Fərid Əliyev, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov, Aytən Məhərrəmova, Nurlan Növrəsli, Arzu Əliyeva, İlahə Əfəndiyeva, Sahib İbrahimov, Çinarə Şirin, Taleh Yəhyayev, Günay İmamverdiyeva, aşıq Samirə, aşıq Əli və başqaları iştirak ediblər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın biri-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını səsləndirilib.

İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşaiyət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti