Bakı. Trend:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Azərbaycan və Kalmıkyanın Əməkdar İncəsənət xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkyanın Əməkdar artisti Şövqü Hüseynov aprel ayının 25-dən mayın 1-dək Təbrizdə keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət alıb.
Teatrdan Trend-ə verilən məlumata görə, sənətçilər sözügedən Beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə bu il aprel ayının 24-dən 01-dək İran İslam Respublikasının Təbriz şəhərinə ezam olunucaqlar.
Festival çərçivəsində Azərbaycan teatr sənətçiləri teatr sənətinə aid müxtəlif treninqlərdə, ustad dərslərdə və seminarlarda çıxış edərək Azərbaycan teatrının 145 və ADGTT-nın 90 illik yaradıcılıq fəaliyyəti barədə festivalda iştirak edən digər xarici ölkə teatr mütəxəsislərinə və təbrizli həmkarlarına məlumat verəcəklər.