...

Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 1 İyun 2018 23:47 (UTC +04:00)
Heydər Əliyev Sarayında sevilən nəğmələrin müəllifi, bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib.
Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında sevilən nəğmələrin müəllifi, bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib.

Trend-in məlumatına görə, konsert Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçirilib.

Konsertdə xalq artistləri Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zaur Rzayev, əməkdar artistlər Lalə Məmmədova, Fehruz Səxavət, Gülüstan Əliyeva, Arzu Əliyeva, Təyyar Bayramov, Almaz Orucova, Azərbaycan Televiziyasının solistləri, gənc ifaçılar Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Rövşən Əziz, Rəvanə Əmiraslanlı, Günay İmamverdiyeva, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Nicat Cəfərzadə və başqaları müəllifin qəlbəyatan mahnılarını ifa ediblər.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Sədaqətim var”, “Qəşəngdir” və onlarla digər sevilən mahnılar bəxş edib. Konsertdə həmçinin Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə və digər sənətkarların ifasında Ələkbər Tağıyevin mahnılarının lent yazıları nümayiş olunub. Gecənin aparıcısı Ayşən Şakirqızının ifasında sevilən poeziya nümunələri - şeirlər səslənib. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti