...

Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb

Mədəniyyət Materials 18 Sentyabr 2018 20:31 (UTC +04:00)
2017/2018-ci tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.
Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb

Bakı. Trend:

Ötən tədris ili üzrə Bakı musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 22-si Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına orta ixtisas məktəbində, 5-i Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirirlər.

Məktəblər mütamadi olaraq Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Milli Konservatoriya və digər mötəbər səhnələrdə konsertlər təqdim edirlər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində 31 musiqi, 6 incəsənət məktəbi fəaliyyət göstərir. Məktəblərdə şagirdlər fortepiano, qanun, kamança, tar, nağara, truba, klarnet, vokal və digər ixtisaslar üzrə təhsil alırlar. 2017/2018-ci tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti