...

Görkəmli bəstəkar Qara Qarayev öz adını daşıyan muzeydə yad olunacaq

Mədəniyyət Materials 31 Yanvar 2019 08:59 (UTC +04:00)
Fevralın 4-də görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Qara Qarayevin xatirəsi yad olunacaq.
Görkəmli bəstəkar Qara Qarayev öz adını daşıyan muzeydə yad olunacaq

Bakı. Trend:

Fevralın 4-də görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Qara Qarayevin xatirəsi yad olunacaq.

Trend-in məlumatına görə, Musiqi Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbir sənətkarın adını daşıyan muzeydə gerçəkləşəcək.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi açılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunacaq. Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, 1918-ci il fevralın 5-də Bakıda dünyaya gələn dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti