...

“Şəhərin qış gecələri” tamaşası yenidən göstəriləcək

Mədəniyyət Materials 11 Mart 2020 16:10 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə martın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.
“Şəhərin qış gecələri” tamaşası yenidən göstəriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə martın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata əsasən, xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti