Bakı. Trend:
“Eurovision 2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınıb.
Trend-in məlumatına görə, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.
Azərbaycanı müsabiqədə "Cleopatra" mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi.