...

Bakıda tarixi abidə qanunsuz zəbtdən xilas oldu (FOTO)

Mədəniyyət Materials 31 Avqust 2020 16:30 (UTC +04:00)
Bakıda tarixi abidə qanunsuz zəbtdən xilas oldu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Suraxanı rayonunda tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alınıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib. Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması istiqamətində işlər aparılır:

"Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilmişdi. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra abidənin ərazisinin zəbt edilməsinin qarşısı alınıb. Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz hasarlar sökülüb. Hazırda abidənin ətrafında təmizlik işləri görülür".

Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti