...

Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Mədəniyyət Materials 17 Sentyabr 2020 15:51 (UTC +04:00)
Anar Kərimov: Tarixi adət-ənənələrimizin qorunması üçün yeni istiqamətlər müəyyən edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənələrimizin, tariximizin qorunması və onun gələcək nəsillərə ötürülməsidir. Bu sahədə yeni istiqamətlər müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir bildirib ki, strateji istiqamətlərin həll olunması üçün müəyyən problemlər də var: "Hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmənin daha düzgün formada aparılması üçün Milli Məclisə, Mədəniyyət Komitəsinə ehtiyacımız var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti