...

AzTV-də yeni Bədii Şura yaradılacaq

Mədəniyyət Materials 25 Dekabr 2020 11:44 (UTC +04:00)
AzTV-də yeni Bədii Şura yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

2021-ci ildə AzTV-də yeni Bədii Şura yaradılacaq.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün AZTV-nin Bədii Şurası aktiv faliyyət göstərir: “Bədii Şuranın hər bir üzvü ilə əlaqəm var. Bəzən televiziyada hər hansı çıxışla əlaqədar şura üzvü dərhal mənə yazır”.

R.Məmmədov qeyd edib ki, Bədii Şuranın iki illik fəaliyyət müddəti bitib: “AzTV 2021-ci yeni Bədii Şura ilə fəaliyyətə başlayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti