...

Formula 1 ilə bağlı bulvarda hansı əyləncə proqramları olacaq? (FOTO)

Mədəniyyət Materials 1 İyun 2022 10:54 (UTC +04:00)
Formula 1 ilə bağlı bulvarda hansı əyləncə proqramları olacaq? (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, tədbirlər rəngarəngliyi ilə seçilərək, müxtəlif konseptlərdə təqdim olunacaq. Nümayiş ediləcək stendlərin bir hissəsi (Zona 2) Azərbaycan mədəniyyətindən, incəsənətindən və tarixindən ilham alır.

Tamaşaçılar “Qobustan” guşəsində qaya rəsmlərinin qarşısında şəkil çəkdirəcək, qaval daşının sədalarından həzz alacaqlar. Səhnələşdirilmiş geyimlərdə çıxış edən sənətçilər həmin dövrlərə aid rəqsləri, ovçuluq ənənələrini göstərərək, tamaşaçıları yallı getməyə dəvət edəcək.

“Azerbaijan Cultural Corner” interaktiv guşəsinə baş çəkməklə keçmişə səyahət edə, əsrlər öncəki milli abu havanı duyacaqsınız. Rəngarəng ornamentli xalçalar, milli geyimlər, nümayiş olunan qədim eksponatlar, mis və saxsı qablar mədəni-tarixi vəhdət yaradacaq.

“Nəhəng əllər”guşəsində tamaşaçılar Formula 1 dünyasına “toxuna” biləcək. “Touch of The World” instalyasiyası Azərbaycan bayrağının rənglərinə boyadılan əzəmətli əllər xalqımızın həmrəylik və dostluq ənənəsini tərənnüm edir.

Milli ornamentlərlə bəzədilmiş F1 bolidi və Xəzər mənzərəli Azerbaijan GP həştəqi də böyük maraq doğuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti