Bakı. Trend:
İyunun 20-də ADA Universitetində Mədəniyyət Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə kommunikasiya menecerləri üçün təlimlərə start verilib.
Trend xəbər verir ki, bu mərhələ Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri üzrə təyin olunan menecerlərinin PR, media və kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair bilik-bacarıqlarının, peşəkarlıqlarının artırılması məqsədilə ADA Universitetində təlimlərə cəlb olunmalarını əhatə edir.
Təlimlər çərçivəsində Trend İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin redaktoru Vüqar İmanov mədəniyyət idarələri üzrə təyin olunan menecerlərə treninq keçib.