...

"Payız Əfsanələri" incəsənət müsabiqəsi və "Bakı Rəqs Kuboku" keçirilib (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2022 13:39 (UTC +04:00)
"Payız Əfsanələri" incəsənət müsabiqəsi və "Bakı Rəqs Kuboku" keçirilib (FOTO)

Bakı. Trend:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Payız Əfsanələri” incəsənət yarışması keçirildi. Onun nəznində Rəqs üzrə Bakı Kuboku yer tutub. Təşkilatçılar Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası olublar.

“Payız Əfsanələri” yarışmasında bir neçə janrda iştirakçıların çıxışları olub - folk, akademik, estrada, vokal, teatr, bədii qiraət, xoreoqrafiya, xalq çalğı alətləri, akademik alətlər və s..

İştirakçılar yaş kateqoriyalarına bölünüblər: Baby (4-6 yaş), uşaqlar 1 ( 7-8 yaş ), uşaqlar 2 ( 9-10 yaş ), yeniyetmələr 1 (11-12 yaş), yeniyetmələr 2 (13-15 yaş), böyüklər (16-25 yaş), profi – 25 yaşdan yuxarı.

Hər bir janrda nominasiyalar var: solo, duet, kiçik qruplar, qrup və ansambllar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmırırdı (bu proses mükafatlandırma zamanı açıqlanıb). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılıb.

Münsiflər heyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimləri olublar.

Aşağıda GRAND PRİX qaliblərini təqdim edirik.

Fortepiano solo yeniyetmələr 1 yaş kateqoriyasında Abbasova İnci - Goranboy rayonu Rövşən Qarayev adına Xan Qərəvənd kənd Məktəbi. Müəllim Abbasova Məhbubə.
Skripka solo yeniyetmələr 2 yaş kateqoriyasında Məmmədli Ramizə - Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbi. Müəllim Gülnarə Seyidova, koncertmeyster Lalə Xəlilli.

Xanəndə solo yeniyetmələr 2 yaş kateqoriyasında Ayan Əliyeva - AMK tərkibində İncəsənət Gimnaziyası. Müəllim Musəli Vüqar, koncertmeyster Hacıyev Məhəmməd.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti