...

Gəncə Dövlət Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi davam edir (FOTO/VİDEO)

Mədəniyyət Materials 2 Mart 2024 17:10 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi davam edir (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Musiqi kimliyimiz" layihəsinin ikinci günü Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub.

Filarmoniyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri "Ələsgər gözəlləməsi", “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməz”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.

Qeyd edək ki, 2 mart tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti