...

Heydər Əliyev Mərkəzində kəlağayıların rəqsini görmək olar (VİDEO)

Mədəniyyət Materials 19 Mart 2024 11:46 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində kəlağayıların rəqsini görmək olar (VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına yeni əsər əlavə olunub. Bu amerikalı rəssam Daniel Vurtzelin (Daniel Wurtzel) “Hava fontanı - kəlağayıların rəqsi” (“Air fountain - dance of kalagayis”) əsəridir.

Daniel Vurtzel hava və yüngül materiallardan istifadə edərək kinetik heykəlləri və instalyasiyaları ilə məşhur olan rəssamdır.

O, havanın rəqsini təqdim etməyi bacarıb. Müəllif hərəkətdə olan əsərlərini – kinetik heykəlləri yaradarkən işıq, rəng, forma və materialla oynayır. Unikal əsərləri canlandıran isə hava axınıdır.

Daniel Vurtzelin Heydər Əliyev Mərkəzi üçün hazırladığı “Hava fontanı - kəlağayıların rəqsi” instalyasiyası da hava burulğanı və parçadan istifadə edilməklə ərsəyə gəlib. Əsərdə Azərbaycan bayrağının rənglərindən və kəlağayı ornamentlərindən istifadə olunması rəqsi daha da cəlbedici edir.

Xəbər lenti

Xəbər lenti