...

Azərbaycanda parlament seçkilərini müşahidə etmək istəyənlərin sayı artır

Seçki 2015 Materials 17 Oktyabr 2015 12:34 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib.
Azərbaycanda parlament seçkilərini müşahidə etmək istəyənlərin sayı artır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb.

M.Pənahov əlavə edib ki, hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir.

Bundan əlavə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti