...

Rafael Cəbrayılov növbəti görüşlərini keçirib (FOTO)

Seçki 2015 Materials 19 Oktyabr 2015 19:25 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib.
Rafael Cəbrayılov növbəti görüşlərini keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib.

Bu gün Şirvan şəhərinin müxtəlif ərazilərində görüşlər keçirən Rafael Cərbayılovun ilk görüşü saat 11:00-da H.Əliyev pr., 1b, 44, 46 və Xaqani küçəsi, 5 saylı binanın sakinləri ilə baş tutub.

Namizəd digər görüşlərini isə saat 12:00-da və 14:00-da müvafiq olaraq Şirvan şəhəri, Xaqani küçəsi, 1, 2, 11, 88 və Leytenant İbrahimov küçəsi, 14, 16, 18 və 20 saylı binanın sakinləri ilə keçirib.

R.Cəbrayılovu hər 3 görüşdə şəhər sakinləri böyük hörmət və mehribanlıqla qarşılayıblar. Seçicilər qarşısında çıxış edən namizəd sakinlərlə görüşündən məmnunluğunu bildirərək, hər kəsi seçkilərdə aktiv olmağa və layiqli namizədə səs verməyə dəvət edib.

Bina sakinləri çıxış edərək R.Cəbrayılovun 10 illik deputat fəaliyyətini yüksək qiymətləndiriblər. Şirvanlı bir ziyalının Şirvan şəhərindən deputatlığa namizəd olması ilə fəxr etdiklərini və birmənalı olaraq R.Cəbrayılova səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti